Növbəti ABŞ Rusiya danışıqları Moskvada keçirilə bilər

22.12.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya-ABŞ arasında Ukrayna ilə bağlı danışıqların növbəti raundu Moskvada keçirilə bilər.

Ölkə.az xəbər verir ki, bu barədə Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev "X" sosial şəbəkəsində yazıb.

Dmitriyev 20 və 21 dekabr tarixlərində Mayamidə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner ilə görüşüb.

"Təşəkkür edirəm, Mayami. Növbəti dəfə: Moskva", -  o, "X" şəbəkəsində yazıb. Paylaşımda üzərində "növbəti dəfə Moskvada" şüarı olan köynək geyinmiş şəkli yer alıb. 

ABŞ Prezidentin şəxsi nümayəndəsi Stiv Uitkovun sözlərinə görə, Rusiya nümyəndə heyətindən sonra Ukrayna tərəfi ilə görüşlər keçirib. Uitkov deyib ki, Floridada son üç gün ərzində Rusiya, Ukrayna nümayəndə heyəti Amerika, Avropa tərəfdaşları ilə bir sıra məhsuldar və konstruktiv görüşlər keçirilib.

Danışıqların nəticəsi barədə mövqeyini açıqlayan Uitkov deyib ki, həm Moskva, həm də Kiyev hərbi əməliyyatlara son qoymağa sadiqdir.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью