Növbəti beş il dünyada ən isti dövr olacaq

04.06.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Ümumdünya Meteorologiya Təşkilatının proqnozuna görə, qarşıdakı beş il Yer kürəsində ən isti illər olacaq.

Bakupost.az xəbər verir ki, bu barədə bu gün Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand məlumat verib.

Onun sözlərinə görə, açıqlanan hesabatı "narahatedici" adlandırmaq olar. Belə ki, mütəxəssisin fikrincə, 80 faiz ehtimalla növbəti beş ildən azı biri ən isti il olacaq.

“Həmin il temperatur indiyədək rekord sayılan 2024-cü ilin göstəricilərini də ötəcək”- deyə Vilfand qeyd edib.

Lalə,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью