Növbəti cəsəd mübadiləsi

20.11.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hurriyyet.az xəbər verir ki, Rusiya ilə Ukrayna tərəfləri həlak olan əsgərlərin cəsədlərini mübadilə ediblər.
Rusiya tərəfinin Ukrayna hərbçilərinə aid olduğunu iddia etdiyi 1000 cəsəd Ukraynaya qaytarılıb. Bu barədə Ukraynanın Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahı məlumat verib. Qərargah cəsədlərin kimə məxsus olmasının müəyyənləşdirilməsi üçün tezliklə müvafiq orqanların bütün zəruri müayinələri aparacaqlarını bildirib.
Rusiya parlamentinin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev  Ukrayna tərəfinin 30 cəsəd təhvil verdiyini bildirib.
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью