Növbəti danışıqlar İstanbulda baş tutacaq Kreml

08.04.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Növbəti Rusiya-Amerika danışıqları xarici siyasət idarələri səviyyəsində olacaq. Danışıqlar aprelin 10-da İstanbulda baş tutacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, təfərrüatları Rusiya Xarici İşlər Nazirliyindən gözləməyi tövsiyə edib.

Peskov əlavə edib ki, Moskva və Vaşinqton münasibətlərin normallaşması üçün əhəmiyyətli səylər göstərirlər.

Xatırladaq ki, bundan əvvəlki danışıqlar Səudiyyə Ərəbistanında aparılıb.

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью