Növbəti DÇ Bakıda keçiriləcək

02.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Bakı daha bir mötəbər turnirə ev sahibliyi etməyə hazırlaşır. 2027-ci il martın 11-dən 14-dək paytaxtımızda idman gimnastikası üzrə alətlər üzrə Dünya Kubokunun növbəti mərhələsi təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, yarış Azərbaycan Gimnastika Federasiyasının 2027-ci il üçün rəsmi tədbirlər təqvimində yer alıb. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə kişi və qadın gimnastlar müxtəlif alətlər üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakı mərhələsi fevralın 25-28-də Almaniyanın Kotbus şəhərində baş tutacaq analoji Dünya Kuboku yarışından dərhal sonra reallaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью