Növbəti dövrü Türk Əsri etmək üçün... Ərdoğan

29.10.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mən ürəkdən inanıram ki, Türk dünyası olaraq, gələcəyimizə doğru qarşılıqlı hörmət və qardaşlıq içində birlikdə addımlayacağıq və qarşıdakı dövrü Türk əsri etmək üçün çalışacağıq. 29 oktyabr Respublika Gününüz mübarək və Türk Respublikalarının birliyi davamlı olsun.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısında çıxışında deyib.

Türkiyə lideri zirvə toplantısında iştirak edən dövlət rəhbərlərinə, o cümlədən xarici işlər naziri Ceyhun Bayramova təşəkkürünü bildirib.

“103 il əvvəl kimsəsizlərin qoruyucusu olmaq amalı ilə elan edilən Respublikamız təkcə əziz millətimiz üçün deyil, həm də dünyanın məzlum və əzilmiş xalqları üçün bir ümid işığı kimi yarandı”, - deyə Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti həmçinin Qırğızıstan Prezidenti Sadır Japarovu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində, eləcə də təşkilatın fəaliyyətində göstərdiyi dəstəyə görə onu Türk Dünyasının Ali Ordeni ilə təltif edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью