Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Amazon MGM Studios" tərəfindən çəkiləcək növbəti “James Bond” filmi üzərində işlər artıq başlayıb.
Kulis.az xəbər verir ki, rejissor qismində “Dune”, “Arrival” və “Sicario” kimi filmlərlə tanınan Denis Vilnöv yer alacaq.
Filmin ssenarisi isə “Peaky Blinders” serialının yaradıcısı Stiven Nayt tərəfindən qələmə alınacaq.
2028-ci ildə nümayiş olunacağı gözlənilən bu filmdə, Ceyms Bond obrazını kimin canlandıracağı hələlik məlum deyil.
Namizədlər arasında Killian Mörfi, Teo Ceyms, İdris Elba, Henri Qoldinq kimi aktyorlar da yer alır.
Qeyd edək ki, ən sonuncu "James Bond" filmi "No Time to Die" 2021-ci ildə yayımlanıb.
Qadağan olunmuş 10 kitab - Siyahı Kənkan Abbas - Tağı Türkün hekayəsi Böyük Çin səddi kərpic-kərpic yoxa çıxır – Cütlüyün inanılmaz planı