Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək.
Tribunainfo.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, aprelin 10-da İstanbulda keçirilməsi planlaşdırılan növbəti danışıqlar Rusiya Xarici İşlər Nazirliyinin xətti ilə keçiriləcək.
O, media nümayəndələrini məsələ ilə bağlı XİN-dən məlumat gözləməyə çağırıb.
Qeyd edək ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ-nin hazırda yeni ikitərəfli görüş planlaşdırdığını bildirib.