Növbəti görüşlər Bakı və İrəvanda ola bilər

21.05.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

3+3 formatında növbəti görüşlər İrəvan və Bakıda baş tuta bilər.  
Missiya.Az 
xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Moskva tam sülhə nail olmaq yolunda Bakı və İrəvanı dəstəkləyir.

Lavrov əlavə edib ki, proseslər 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli razılaşmalara əsaslanmalıdır.

Bundan əlavə, rusiyalı nazirin sözlərinə görə, o, 3+3 formatının inkişafında əhəmiyyətli potensial görür.  Sözügedən platformanın iclasları artıq Tehran və İstanbulda baş tutub.


Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью