Növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb

25.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 24-də keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Hərracda start qiyməti 5.000 manat olan “Nio ET 5” markalı avtomobil 18.000 manata, ilkin qiyməti 13.000 manat olan “Toyota Camry” markalı avtomobil isə 18.300 manata satılıb.

XQ Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar. Qeyd edək ki, nəqliyyat vasitələri üzrə növbəti hərraclar 1, 8, 15 və 22 dekabr tarixlərində keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью