Növbəti hərracda 9 nəqliyyat vasitəsi satılıb

23.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 20-də keçirilən hərracda 9 nəqliyyat vasitəsi satılıb.

XQ xəbər verir ki, hərracda start qiyməti 3.800 manat olan “Volkswagen Passat” markalı avtomobil 4.700 manata, ilkin qiyməti 1.900 manat olan “Chevrolet Niva” markalı avtomobil isə 3.019 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay ərzində nəqliyyat vasitələri üzrə növbəti hərrac 27 oktyabr tarixində keçiriləcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью