Növbəti iki gündə külək güclənəcək

11.08.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 12-13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə Ölkə.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Ağdaş, Ağdam, Ağdərə, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Zaqatala, Göyçay, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью