Növbəti il dəfn müavinəti üzrə xərclərin 7,5% artacağı proqnozlaşdırılır | Icma.az
Icma.az bildirir, Azpost portalına istinadən. Dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasından əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə
Bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd edilib ki, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinin həcminə görə 3-cü müavinət növü dəfn üçün müavinətlərdir.
Dəfn üçün müavinətlər üzrə xərclər cari ildə ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılmışdır.
Cari ilin I yarısında 20311 nəfərə görə dəfn müavinəti ödənilmişdir ki, bu da cari ilin proqnoz göstəricisinin 48,4%-i həcmindədir.
I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 mln. manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2%-i deməkdir.
İzahata əsasən qeyd edək ki, növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı cari ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və ya 1,2% az proqnozlaşdırılmışdır.
Növbəti ildə dəfn müavinəti üzrə xərclər cari ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb.
Tam oxu
Xəbəri oxu