Növbəti il Qarabağ Universitetində tələbələrin sayının iki dəfədən çox olması planlaşdırılır AZƏRTAC

16.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 dekabr, AZƏRTAC

Hazırda Qarabağ Universitetində 1400-dən artıq tələbə təhsil alır. Növbəti ildə bu tələbələrin sayının 2 dəfədən çox olması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan məktəbi" jurnalının 100 illiyinə həsr edilmiş “Azərbaycan məktəbi 100” adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Qarabağ Universiteti elmi nəşrlərin həm sayının, həm də keyfiyyətinin artmasında mühüm rol oynayacaq: “Qarabağ Universitetinin Pedaqogika fakültəsinin, eləcə də digər ali təhsil müəssisələrində pedaqogika üzrə məşğul olan kafedraların işini müəyyən mənada “Azərbaycan məktəbi” jurnalının nəşrlərində daha çox görmək istəyirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью