Növbəti ildə 10 ümumtəhsil müəssisə… Nazir | Icma.az
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Əgər 2020-ci ildə ölkədə hər 36 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 9 şagirdə 1 kompüter düşür.
2026-cı ilin sonuna isə bu nisbətin hər 6 şagirdə 1 kompüter olması hədəflənir.
Eyni zamanda dövlət investisiya xərcləri hesabına son illərdə məktəblərin fiberoptik yüksək sürətli şəbəkəyə qoşulması da həyata keçirilməkdədir.
Əgər 2020-ci ildə fiveroptik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil edirdisə, hazırda 1737 müəssisə fiberoptik internetə qoşulub.
Hazırda təhsil sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və məlumat bazalarının təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir”, – deyə nazir Emin Əmrullayev vurğulayıb.
Nazir bildirib ki, istedadlı uşaqlarla iş çərçivəsində də bölgələrdə də iş aparılır: “Ölkə daxilində istedadlı şagirdlərin aşkar olunması üçün müsabiqələr təşkil edir.
Tam oxu
Xəbəri oxu