Növbəti ildə büdcədənkənar vəsaitlər hesabına əməyin ödənişi xərclərinin 27,5 faiz artacağı gözlənilir AZƏRTAC

25.11.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 noyabr, AZƏRTAC

2025-ci ilin dövlət büdcəsində büdcə təşkilatlarının büdcədənkənar xərcləri büdcədənkənar gəlirlərindən 100 milyon manat artıq olmaqla 940 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 13,1 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Palata sədrinin sözlərinə görə, aparılmış təhlillər cari ilin gözlənilən icra göstəricisi ilə müqayisədə növbəti ildə büdcədənkənar vəsaitlər hesabına əməyin ödənişi xərclərinin 86,2 milyon manat və ya 27,5 faiz artacağını göstərir ki, bu da dövlət büdcəsində müvafiq xərclərin artım tempindən 17,3 faiz bəndi çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью