Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.Reyting.az xəbər verir ki, köç karvanı Ağdam rayon ərazisindəki nəzarət-buraxılış məntəqəsindən 22 ailədən ibarət 95 nəfər olmaqla yola salınıb.Doğma yurdlarına köçən Ballıca sakinləri Azərbaycanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələ də daxil olmaqla, Ballıcaya ümumilikdə köçürülən ailələrin sayı 112-ə (562 nəfərə) çatıb.***Bu gün yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.Reyting.az xəbər verir ki, bugünkü köç karvanı 95 nəfər olmaqla 22 ailədən ibarətdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.