Növbəti köç karvanı yola salındı

11.03.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç karvanları yola salınıb.

Sitat.info xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xocalının Xanabad kəndinə isə 21 ailə (103) nəfər köçürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью