Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Badara və Seyidbəyli kəndlərinə yola salınan 25 ailədən ibarət növbəti köç Xocalı şəhərinə çatıb.
Ölkə.az xəbər verir ki, qarşılama mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Badara kəndinə 15 (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailənin (34 nəfər) daimi qayıdışı təmin olunub.