Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar

01.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar

“Trabzonspor” baş məşqçi Fatih Tekke ilə yollarını ayırdıqdan sonra növbəti oyuna sabiq çalışdırıcısı Hüseyn Çimşirin rəhbərliyi altında çıxacaq.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Türkiyə Superliqasında “Amedspor”a 1:2 hesabı ilə məğlubiyyətdən sonra Tekke ilə yollarını ayıran Trabzon təmsilçisi yeni baş məşqçi axtarışlarını davam etdirir. Bu müddətdə komandanı Hüseyn Çimşir hazırlayacaq.

Qeyd edək ki, Çimşir 2020-ci ilin yanvarında Ünal Karamanın ayrılmasından sonra komandaya rəhbərlik edib və həmin ilin iyulunda vəzifəsini tərk edib. Çimşirin rəhbərliyi altında “Trabzonspor” 22 rəsmi oyuna çıxıb. Komanda bu görüşlərin 13-də qələbə qazanıb, 2-də məğlub olub, 7 qarşılaşmada isə heç-heçə edib.

Qeyd edək ki, “Trabzonspor” növbəti matçını sentyabrın 6-da “Gənclərbirliyi”nə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью