Növbəti matçda daha yaxşı oynayacağıq Montella

14.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın qrup mərhələsində Avstraliyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Qol.az "A Spor"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının matça istədikləri kimi başlaya bilmədiyini bildirib.

"Taktiki baxımdan oyun gözlədiyimiz kimi keçmədi. Onların arxayınlaşıb gözləyəcəklərini bilirdik. Əks-hücum etdilər. İki qol buraxdıq və çox məyus olduq.

Futbolçularımız meydanda komanda ruhu nümayiş etdirdi və ürəklə oynadı. Əgər belə davam etsək, istədiyimiz nəticələrə nail olmağa başlayacağıq. Növbəti matçda daha yaxşı oynayacağıq".

Qeyd edək ki, Türkiyə millisi turnirdə növbəti qarşılaşmasını iyunun 20-də Paraqvaya qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью