Növbəti mövsümdə ən yaxşı mərkəz müdafiəçisini görəcəksiniz!”

10.12.2024

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Anton Krivotsyuk Cənubi Koreyanın “Tecon Sitizen" klubu ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, müqavilə 2027-ci il dekabrın 31-dək nəzərdə tutulub. Müdafiəçi yeni anlaşma ilə bağlı bildirib ki, Cənubi Koreyanın ən yaxşı klubu ilə müqaviləni uzatdığı üçün sevinclidi:

“Ailəmə və Allaha hər şey üçün təşəkkür edirəm. Növbəti mövsümdə ən yaxşı Antonu, ən yaxşı mərkəzi müdafiəçisini görəcəksiniz!”.

[quote][/quote]
Qeyd edək ki, 2023-cü ilin fevralında “Tecon Sitizen"in formasını geyinən Krivotsyuk komandanın heyətində 55 oyun keçirib. O, 3 qol, 2 assistlə yadda qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью