Növbəti mühüm addım | Icma.az
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlumdur ki, Ölkəmiz Türk Dövlətləri Təşkilatı ilə strateji əməkdaşlığa böyük önəm verir və Türk dünyasında siyasi həmrəyliyin möhkəmləndirilməsi naminə qətiyyətli və məqsədyönlü siyasət həyata keçirir.
Yeri gəlmişkən, bu siyasət çərçivəsində ölkəmiz regional əməkdaşlığın dərinləşdirilməsi, ortaq təhlükəsizlik məsələlərinin gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür.
Türk Dövlətləri Təşkilatı təkcə regional sülh və sabitliyin təminatçısı deyil, həm də qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsi üçün strateji platformadır.
Bu mövqeyini daha da möhkəmləndirən Azərbaycan regionda həm siyasi, həm də iqtisadi güc kimi yüksəlir və beynəlxalq arenada öz təsir dairəsini genişləndirir.
Azərbaycanın bu qətiyyətli və davamlı siyasəti Türk dünyasının birliyini təmin etməklə yanaşı regionun gələcək inkişafına istiqamət verən əsas dayaqlardan birinə çevrilir.
Qurumun yüksək səviyyəli toplantılarının Azərbaycanda keçirilməsi təkcə coğrafi və texniki seçim deyil, Prezident İlham Əliyevin Türk dünyasında formalaşdırdığı siyasi etimadın, liderlik nüfuzunun və prinsipial mövqeyinin real təsdiqidir.
Məhz ölkəmizin başçısınım təşəbbüskarlığı və strateji baxışı nəticəsində Azərbaycan bu təşkilat çərçivəsində mühüm qərarların qəbul edildiyi, ideyaların formalaşdığı və birliyin gücləndiyi əsas mərkəzlərdən birinə çevrilmişdir.
Tam oxu
Xəbəri oxu