Növbəti mundialın finalı bu 3 stadiondan birində keçirilə bilər

26.09.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Növbəti mundialın finalı bu 3 stadiondan birində keçirilə bilər

2030-cu il Dünya çempionatının finalının keçiriləcəyi stadionla bağlı müzakirələr davam edir.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, əsas namizədlər Barselonadakı “Kamp Nou”, Kasablankadakı “Hassan II” və Madriddəki “Santyaqo Bernabeu” stadionlarıdır.

2029-cu ildə Çempionlar Liqasının finalını qəbul edəcək “Kamp Nou” Barselonanın əsas seçim hesab olunur. “Barselona” və Kataloniya hökuməti arenanın mundialın finalı üçün də uyğun olduğunu bildirir.

Həmçinin hazırda Kasablankada tikilən “Hassan II” stadionunun 2027-ci ilin sonunda istifadəyə verilməsi və 115 min tamaşaçı tutumu ilə dünyanın ən böyük stadionlarından birinə çevrilməsi planlaşdırılır.

Qeyd edək ki, FİFA 2030-cu il mundialının finalının keçiriləcəyi stadionla bağlı yekun qərarını hələ açıqlamayıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью