Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Növbəti oyunlarda millinin heyətində fərqli adlar görə bilərik”.
"Football-plus.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, millimizin baş məşqçisi Fernando Santuşun bütün liqalardakı oyunları diqqətdə saxladığını bildirib:
"Santuş daim premyer-liqa və 1-ci liqanın, hətta Əvəzedicilər Liqasının oyunlarını izləyir və futbolçularla maraqlanır. Növbəti qarşılaşmalarda siyahıda indiyədək dəvət olunmayan futbolçuların adı ola bilər. Ancaq bu, baş məşqçinin səlahiyyətində olan məsələdi deyə siyahının açıqlanmasını gözləsək, daha yaxşı olar".
Xatırladaq ki, millimiz iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya ilə üz-üzə gələcək. Komandanın növbəti oyunu isə bundan üç gün sonra “Liv Bona Dea Arena”da Macarıstana qarşı olacaq.