Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Məşğulluq Agentliyi bu il növbəti “PeşəFest” layihəsi həyata keçirəcək.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçiriləcək “PeşəFest 2026”nın əsas məqsədi gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq, gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaqdır.
Festival çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında, ümumilikdə, 12 toplantının keçirilməsi planlaşdırılır. Layihəyə sentyabrın 18-də Sumqayıt şəhərində start veriləcək.
XQ