Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Görünür, Tramp özünün və həyat yoldaşının humanist insan olduğunu nümayiş etdirmək istəyir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı ABŞ prezidenti Donald Trampın son günlər həyat yoldaşı Melaniya Trampla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
"Donald Trampın son günlər həyat yoldaşı barədə verdiyi açıqlamalar indilikdə heç də onu hansısa bir vəzifəyə gətirməyə hesablanmış addım deyil.
Sadəcə olaraq, birinci xanımlar həmişə prezidentlərin yanında olub və onlar adətən humanitar aksiyalarda iştirak edirlər.
Bəlkə də evdə xanımı Melaniya Tramp tərəfindən təzyiqə məruz qalıb, ona görə də belə danışır", deyə Elçin Şıxlı bildirib.
Həmsöhbətimiz bu əsasda növbəti prezident seçkilərində Melaniya Trampın namizədliyinin veriləcəyi versiyasını da istisna etməyib: "Əslində yəqin ki, xanımını da irəli çəkmək istəyir.
Kim bilir bəlkə də növbəti prezident seçkilərində onu da hər hansı bir şəkildə prosesə qatmaq istəyəcək".