Növbəti torpaq hərracları elan edilib

14.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Dekabrın 17-də Azərbaycanın müxtəlif regionlarında 19 torpaq hərracı keçiriləcək.

"Unikal" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

Hərraclar Dövlət Xidmətinin Mingəçevir, Bərdə, Xaçmaz, Cəlilabad və Şəki ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 19 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью