Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 6-si axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.Reyting.az xəbər verir ki, rayonlarda dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan , Quba-Qusarda leysan xarakterli olacağı , çaylarda sululuğun artacağı ehtimal olunur.
Ana səhifəyə dön Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.