Növbəti üç gün yağış yağacaq Xəbərdarlıq

06.12.2024

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 6-si axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Mia.az xəbər verir ki, rayonlarda dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan , Quba-Qusarda leysan xarakterli olacağı , çaylarda sululuğun artacağı ehtimal olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью