Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxın günlərdə Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna-Rusiya danışıqlarında ABŞ Prezidentinin nümayəndəsi Stiven Uitkoff da iştirak edəcək.
Oxu.Az xəbər verir ki, "Axios"un jurnalisti Barak Ravid bu barədə ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxs bildirib ki, S.Uitkoff fevralın 3-də İsrailə gedəcək və orada Baş nazir Benyamin Netanyahu və digər yüksəkvəzifəli şəxslərlə görüşəcək. Ravid yazır ki, Trampın xüsusi nümayəndəsi İsraildən sonra Əbu-Dabiyə yollanacaq və orada Ukrayna-Rusiya danışıqlarının növbəti raundunda iştirak edəcək.
Xatırladaq ki, Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. Məlumatlara görə, ən böyük irəliləyiş hərbi sahədə əldə edilib, lakin ərazi məsələsi həll olunmayıb.