Novorossisk limanından neft nəqli dayandırılıb

14.11.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Novorossisk limanından neft nəqli dayandırılıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Ukraynanın sözügedən limana ötən gecə hücum etməsi olub.

Bildirilib ki, “Transneft” şirkəti Novorossisk limanına neft daşınmasını dayandırıb.

“Transneft” “Reuters”in sorğusuna cavab verməyib.

Qeyd edək ki, ötən gecə Ukrayna ordusu Rusiyanın Novorossisk şəhərinə hücum edib.

Sözügedən şəhərdə yerləşən "Şesxaris" neft terminalında infrastruktura ziyan dəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью