Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Rusiya özünün ən böyük dəniz limanlarından biri olan Novorossiyskdən yük daşımalarını dayandırmaq məcburiyyətindədir.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, ölkənin ən böyük nəqliyyat qruplarından biri olan FESCO, “Yanina” konteyner gəmisinin batmasından sonra Qara dənizdən keçən yük daşımaları üçün sifarişlərin qəbulunu dayandırdığını bəyan edib.
Rəsmi məlumatda deyilir ki, FESCO əlavə təhlükəsizlik tədbirləri üzərində işləyir və alternativ çatdırılma variantlarını araşdırır. Lakin bu variantlar olduqca məhduddur. Logistika mütəxəssisləri daşımaların Uzaq Şərq limanlarına keçiriləcəyi və orada böyük tıxaclar yarada biləcəyindən qorxurlar.
Təxminən 1000 konteyner tutumuna malik “Yanina” gəmisi 1 avqust gecəsi batırılıb. 4 avqust gecəsi isə Ukraynanın dəniz dronları Türkiyənin Samsun şəhərindən Novorossiysk şəhərinə meyvə-tərəvəz yükü ilə gedən "Nadejda" ticarət gəmisinə, eləcə də Türkiyədən üzən başqa bir gəmiyə hücum edib. "Qorxduğumuz kimi, Novorossiysk marşrutu bitdi", - Çindən məişət kimyəvi maddələri və ev əşyaları idxal edən bir şirkətin nümayəndəsi mediaya açıqlamasında deyib.
Mütəxəssislər qeyd edirlər ki, Novorossiyskdən konteyner daşınmalarının dayandırılması o deməkdir ki, idxalın əsas hissəsi Uzaq Şərq və Sankt-Peterburq limanlarına gedəcək. Dəmir yolu və avtomobil yolları da var, lakin onlar həcm baxımından xeyli geridə qalır. Üstəlik, Sankt-Peterburq limanları da təhlükəlidir. Çünki onlar da mütəmadi olaraq bombalanır.
“AzPolitika.info”