Novorossiyskdə terror törətmək istəyən şəxs həbs edilib

18.04.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

FTX əməkdaşları Novorossiyskdə inzibati binanı partlatmağa cəhd edən Ukrayna Təhlükəsizlik Xidmətinin Krasnodar diyarında agentini saxlayıb.

Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib ki, saxlanılan şəxs əvvəllər Qara dəniz donanmasının gəmilərinin və Rusiya hərbi qulluqçularının Krasnodar diyarında yerləşdirilməsi barədə məlumat toplayıb.

"Krasnodar diyarında Ukrayna Təhlükəsizlik Xidmətinin maraqları naminə kəşfiyyat məlumatlarının toplanması və terror aktının hazırlanması ilə məşğul olan 2000-ci il təvəllüdlü əcnəbi vətəndaş saxlanılıb", - FTX qeyd edib. “O, rəhbərinin digər əmrini yerinə yetirərək Novorossiyskdə inzibati binanı partlatmaq üçün 2,5 kq ağırlığında istifadəyə hazır partlayıcı qurğunu gizləndiyi yerdən götürüb”.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью