Novostroyka lar 1 ildə 11 faiz bahalaşıb

17.01.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2024-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9,9 % artıb.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma ilkin mənzil bazarında 11,3 %, təkrar mənzil bazarında isə 9,8 % olub.

Bundan başqa, ötən ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rübə nisbətən 3,3 % yüksəlib. Bu artım ilkin mənzil bazarında 2,8 %, təkrar mənzil bazarında isə 3,3 % təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью