Novruz bayramı Rusiyada ümummilli statusu ala bilər

11.06.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada Novruz bayramına ümummilli status verilməsi təklif olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyasının Prezidentindən Novruz bayramına ümummilli status verilməsi xahiş olunub.

Qeyd olunub ki, Rusiya Günü ərəfəsində "Poliloq" Millətlərarası Münasibətlərin İnkişafı Fondu Rusiya Prezidenti Vladimir Putinə Novruza milli bayram statusu verilməsi təklifi ilə müraciət edib.

Fondun Rusiya dövlət başçısına müraciətində bildirilib ki, təşəbbüs “Rusiya Xalqlarının Birliyi İli” ilə bağlıdır və ölkə xalqlarının mədəni, dil müxtəlifliyinin qorunması üzrə dövlət siyasəti gündəliyinə uyğundur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью