Novruz bayramında bir həftə iş olmayacaq

11.12.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Gələn il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub.

Qərara görə, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Gələn il 22 və 23 mar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq.

Beləliklə, gələn il Novruz bayramında ardıcıl 7 gün - 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью