Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Novruz bayramı yalnız təbiətin canlanması və yazın gəlişi ilə bağlı deyil, həm də xalqın qədim inanclarına və adətlərinə bağlı olan bir bayramdır.
Bu bayramda insanlar gələcək haqqında məlumat əldə etmək və taleylərini öyrənmək üçün bir sıra fallar edirlər.
Metbuat.az Novruz bayramında edilə biləcək falları təqdim edir: Su Falı Novruz bayramının ən maraqlı fallarından biri su ilə edilən faldır.
Xalq arasında belə bir inanc var ki, Novruz axşamı suyun üzərində əks olunanlar insanların gələcəyini göstərir.
Bir fincan su götürülür, üzərinə üzük, qızıl və ya gümüş əşyalar atılır və bir neçə dəqiqə gözlənilir.
Əgər əşyaların əks olunması aydın və müsbət şəkildə görünürsə, bu, gələcəkdə yaxşı xəbərlərin gələcəyinə işarədir.
Yuxu falı Novruz bayramı gecəsi görülən yuxuların gələcəkdən xəbər verdiyinə inanılır.