Novruz Əzimov: “Vernidub komandanı toparlaya biləcək”

28.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Neftçi”nin keçmiş futbolçusu və mütəxəssis Novruz Əzimov Futbolpress.az saytına müsahibəsində “flaqman”ın son çıxışını dəyərləndirib və komandanın mövcud vəziyyəti haqqında fikirlərini bölüşüb.

“Neftçi”nin oyunu barədə danışan N. Əzimov komandanın müdafiə xəttindəki problemlərə diqqət çəkib:

– Bir oyundan komandaya tam qiymət vermək olmaz. Müdafiəçilər arasında anlaşma, demək olar ki, yox idi. Bu, həm fiziki, həm də taktiki baxımdan zəif cəhətdir. Mövqe seçimi və xətt üzrə bir-birini sığortalamaq kimi məqamlarda ciddi axsamalar var idi. Doğrudan da, bu, təəssüfləndirici faktdır. “Neftçi” belə oynamamalı idi, amma inanırıq ki, Vernidub komandanı toparlaya biləcək.

– Sizcə, komandada əsas axsayan tərəf məhz müdafiə xəttindəki anlaşılmazlıq idi?

– Yalnız bunu demək olmaz. Heyətə yeni oyunçular dəvət olunub. Hələlik onlardan optimal oyun gözləmək mümkün deyil. Hətta “Qarabağ”ın özü belə hələ tam optimal səviyyəyə çıxmayıb, çünki yeni gələnlərin heyətə uyğunlaşması zaman tələb edən prosesdir.

– Sizcə, bu uyğunlaşma problemini “Dinamo Minsk”lə qarşılaşmaya qədər həll etmək və mərhələni keçmək mümkün olacaq?

– Hamımız arzulayırıq ki, “Neftçi” mərhələni keçsin. Futboldur, hər şey ola bilər. İlk matçdakı əzmkarlıq və mübarizə istənilən səviyyədə deyildi, lakin inanıram ki, cavab görüşündə “Neftçi” öz sözünü deməyə çalışacaq.

Ayxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью