Novruz Məmmədov: “Bu, olmasa, yaşaya bilmərəm”

27.07.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ölkədəyəm, hələ xaricə getməmişəm. Elə indi kitabların arasında oturmuşam, oxuyaram, yazıram, yazdıqlarımı bir də araşdırıram”.

Bu barədəBakıvaxtı.az-a sabiq Baş nazir Novruz Məmmədov bildirib. O qeyd edib ki, kitabsız, mütaliyəsiz mümkün deyil:

“Elmi, siyasi kitablar var, onları oxuyuram, bu, olmasa, darıxaram, yaşaya bilmərəm. O qədər çox kitab var ki… Kitablarıma yenidən “əl gəzdirirəm. Bəzi məlumatları yeniləyirəm. “Geosiyasətə giriş” adlı kitabım var. Uzun illər onun üzərində işləmişəm. O kitabı müəyyən təşkilatlara təqdim etmişəm. Ali məktəblər üçün dərs vəsaitidir. Onlar da bundan istifadə edirlər. Azərbaycanda belə bir əsəri hər adam yazmır. Böyük kitabdır, ondan alimlər, professorlar, tədqiqatçılar istifadə edirlər. Vacib kitabdır. Siyasətlə məşul olan adamlar onu masatüstü kitab kimi istifadə edirlər. Oxuyur, araşdırırlar. Bu kitab uzun illər vaxtımı alıb. Kim bu sahə ilə maraqlanırsa, istifadə edə bilər”.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью