Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Novruz bayramı ərəfəsində istirahət üçün Azərbaycanın müxtəlif bölgələrinə üz tutanların sayı kəskin artır.
İnsanlar əsasən Qəbələ, Şəki, Quba, Qusar, İsmayıllı və Şamaxı kimi təbiətə yaxın və turistik bölgələrə üstünlük verirlər.
Artan tələbat fonunda hotellər, kənd evləri və istirahət mərkəzlərində qiymətlər artır.Bayram günlərində restoran və iaşə obyektlərində də qiymətlərin artması müşahidə edilir.
Artıq bir çox hotellərdə qiymətlər qaldırılıb və bəzilərində yer tapmaq müşkül məsələyə çevrilib.
Ekspertlərin fikrincə, turizm sahəsində qiymətlərin qalxması mövsümi xarakter daşıyır və tələbin çoxluğu ilə əlaqədardır.
Lakin bəzi yerlərdə süni qiymət artımı müşahidə edilir ki, bu da istirahət etmək istəyənlər üçün əlavə çətinliklər yaradır.
Əhalinin bir hissəsi qiymətlərin yüksək olmasına görə daxili turizmdən imtina edərək bayramı evdə keçirməyi üstün tutur.