Novruz şənliyində idmançıların nümunəvi çıxışları nümayiş olunub FOTO

18.03.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 18-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nərimanov rayonu ərazisində yeni istifadəyə verilmiş parkda əyləncəli Novruz şənliyi keçirib.

İdman.biz xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş olunub.

İdmançılar alpinizm, ağırlıqqaldırma, basketbol, badminton, boks, cüdo, bədii gimnastika, idman gimnastikası, güləş, kapoeyra, karate, kanoe və avarçəkmə, qılıncoynatma, zorxana, mas-reslinq, milli güləş, şahmat, taekvondo, velosiped idman növləri üzrə öz bacarıqlarını göstəriblər. Tədbirdə səyyar "Sağlam həyat" layihəsi təşkil olunub. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər. Bununla yanaşı, iştirakçılar nazirlik tərəfindən təşkil edilən yoqa təlimində də fəal iştirak edərək mütəxəssislərin rəhbərliyi ilə yoqa hərəkətlərini yerinə yetiriblər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью