Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Novruz Bayramı Türkiyədə də dövlət bayramı ola bilər.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, 21 mart Novruz Gününün dövlət bayramı elan edilməsini təklif edən qanun layihəsinin oktyabr ayında Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilməsi gözlənilir. 21 Mart Novruz Gününün dövlət bayramı elan edilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanması başa çatmaq üzrədir. Oktyabr ayında yeni qanunvericilik sessiyasının əvvəlində TBMM Sədrliyinə təqdim edilməsi gözlənilir.
Qanun layihəsi qəbul edilərsə, 21 Mart Milli Bayramlar və Ümumi Bayramlar haqqında Qanuna əlavə ediləcək. Beləliklə, Novruz Türkiyədə rəsmi dövlət bayramlarından biri olacaq və ölkədə dövlət bayramlarının ümumi sayı 16,5 günə qədər artacaq. Qanunun qəbul ediləcəyi təqdirdə yeni rəsmi tətilin ilk dəfə 21 mart 2027-ci ildə tətbiq olunacağı gözlənilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin