Novruz və Ramazan bayramlarında neçə gün iş olmayacaq? Hökumət qərar verdi | Icma.az
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Novruz və Ramazan bayramları ilə bağlı qeyri-iş günləri rəsmən təsdfiqlənib.
Mia.az xəbər verir ki, Nazirlər Kabineti nin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür.
Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək.
Yəni 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq. Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür.
Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-a sürüşürdü.
Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu