Novruzla Ramazan eyni gündə qeyd ediləcək 11 gün iş olmayacaq

02.12.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Gələn il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd ediləcək.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin yeni Qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq.

Belə ki, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью