Novruzov məktəblərdəki imtahanlardan GİLEYLƏNDİ: Azaldılmalıdır...

02.02.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmtahanların sayı həddən artıq çoxdur. İldə dörd dəfə keçirilən imtahanlar tələbələr üçün böyük gərginlik yaradır və tədris prosesinə ciddi təsir göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Səyavuş Novruzov bildirib.

Deputat qeyd edib ki, çox vaxt dərslər ikinci plana keçir, tələbələr yalnız imtahana hazırlaşmağa vaxt ayırırlar:

"Biz hələ də tədrisin optimal formasını tapa bilməmişik. Təhsil sistemi tələbələrə həm dərslərini mənimsəmək, həm də əlavə bacarıqlarını inkişaf etdirmək imkanı verməlidir. Əgər bu məsələ ilə bağlı Təhsil Komitəsində dinləmə keçirilərsə, faydalı olar".

Səyavuş Novruzov əlavə edib ki, hazırkı vəziyyət tələbələrin sənət və yaradıcılıq fəaliyyətinə də mənfi təsir göstərir:

"Rəssamlıq, musiqi və digər yaradıcı sahələrdə məşğul olmaq üçün yetərli vaxt qalmır. Tələbələrin həm akademik, həm də yaradıcı inkişafını nəzərə alan tədris planları hazırlanmalıdır. Bu məsələlərə ciddi diqqət yetirilməlidir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью