Novruzqabağı əhaliyə XƏBƏRDARLIQ: “Yaxın 10 gün ərzində…” KONKRET | Icma.az
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Novruz bayramı yaxınlaşdıqca bazarlarda vəziyyət də dəyişir.
Qiymətlər bahalaşır və bayram məhsulları “ceyran belinə” qalxır. Buna bayram sovqatlarının qıtlığı da səbəb olur.
Bəzən isə işbazlar süni ajiotaj yaradırlar. Əslində çox vaxt qiymətlərin kəskin artması süni əngəllərlə bağlı olur.
Məsələ ilə bağlı KONKRET.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, artıq bu, bir ənənə halını alıb: “Bayram ərəfəsində qiymətlər qalxır.
Sabah Od çərşənbəsidir. Bununla bağlı istehlak bazarında da bir hərəkətlilik var. Meyvə-tərəvəzin qiyməti demək olar ki, hər gün artır.
Amma Novruz bayramına görə bəzi məhsulların qiymətində kəskin bahalaşmanın olması hələ qabaqdadır.
Belə vəziyyətdə isə inhisarçılar dövriyyəni güdüb, nəzarətdə saxlayırlar.
Dövriyyə azalanda qiymətlər sabitləşir, dövriyyə çoxalanda bahalaşma başlayır və daha çox qazanmaq istəyirlər.
Tam oxu
Xəbəri oxu