Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Novxanı-Pirşağı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 2-də saat 12:00 radələrində qeydə alınıb. Belə ki, 77-NM-270 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Hadisə zamanı avtomobilə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin