Novxanı sahilində aşkarlanan suitilər güllələnib?

07.03.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Xəzər dənizinin Novxanı sahilində ölü suitilər aşkarlanıb. Bununla bağlı yayılan videoda cəsədin üzərində güllə yarası olduğu və başlarının kəsildiyi bildirilir.

Bəs həqiqətən də kimsə suitiləri güllələyibmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mehman Axundov "Xəzər Xəbər"ə bildirib ki, cəsəd üzərindəki güllə yarası deyil.

Videoda cəsədin ətrafa pis qoxu yaydığı da bildirilir.

Mehman Axundov deyib ki, suitilərin yaz miqrasiyası prosesi ilə əlaqədar Abşeron yarmadasının şimal hissəsində hər il belə hallar müşahidə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью