Novxanı Sumqayıt yolunda vəziyyət: Bəzi taksilərdən başqa avtomobillər ehtiyyatlı sürürdü Video

25.02.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu qış Azərbaycanda son illərə nisbətən sərt keçir. Yağan qarın nisbəti də keçən illərlə müqayisədə daha çoxdur. Bu da həyatın iflic olmasına səbəb olur.

Ötən gün Novxanı-Sumqayıt istiqamətində yol sürdüm. Məqsədim yolun vəziyyətini öyrənmək və ümumi vəziyyəti müşahidə etmək idi.

Novxanı dairəsindən Sumqayıt istiqamətinə gedən yollara sanki qar bir az daha çox düşüb. Görünən odur ki, Sumqayıt İcra Hakimiyyəti öz vəzifəsini yerinə yetirib. Yolun buz və qar olan hissələrinə qum səpilmişdi. Düzdür, bu da bir qədər palçığa səbəb olmuşdu, amma sürüşmənin demək olar ki, qarşısı tam alınmışdı. Bəzi taksi sürücüləri istisna olmaqla, yola çıxan avtomobillər də daha ehtiyyatlı hərəkət edirdi.

Novxanı ərazisində dəniz istiqamətinə düşən yolların hamısı buz bağlamışdı. Hər zaman səs-küylü, avtomobillərlə dolu olan bu yolda bir sakitlik hiss edilirdi. Sosial şəbəkələrdə gördüyümüz Yasamal, Əhmədli videolarından fərqli olaraq, bu tərəflərdə qış da gözəldir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью